Bir daha Stalin repressiyaları haqqında

Milli Şuranın sədri Cəmil Həsənli

Nədənsə bizim ictimai fikirdə uzun müddət belə hesab ediblər ki, ən çox repressiyalara biz məruz qalmışıq. Stalin və Beriya gürcü ollsaslar da, qəribə də olsa repressiyalara məruz qalan gürcülərin sayı azərbaycanlıların sayında çox olub. Sənədlərlə tanış olanda qəribə mənzərə yaranır. Məsələn Daxili Işlər Komissarlığının 30 iyul 1937-ci il məlumatına görə Xalaq Daxili İşlər Komissarlığının keçmiş qolçomaqlara, cinayətkarlara və antisovet ünsürlərə qarşı keçirdiyi əməliyyat tədbirləri nəticəsində Azərbaycan SSR-dən 5250 nəfər repressiya olunub.(1250 nəfərin əlavə edilməsi haqqında Mir Cəfər Bağırovun Stalinə 9 iyul 1937-ci il məktubu şərh bölümündə) Bundan 1500 nəfəri 1-ci katiqoriyalı cəzayə – güllələnməyə, 3750 nəfəri 2-ci kateqoriyalı cəzayə – 8-10 ildən yuxarı müddətə həbsxanalara və düşərgələrə göndərilib. Moskvadan qoyulan repressiya planına görə bu kampaniya zamanı hər iki kateqoriya üzrə Azərbaycandan 4 min nəfər repressiya edilməli idi. Amma respublika rəhbərliyi öz təşəbbüsləri ilə bu rəqəmə daha 1250 nəfər əlavə edilib. Yəqi Moskvadan qoyulmuş repressiya planın artıqlaması ilə yerinə yetirib.

Eyni əməliyyat üzrə Gürcüstanda 5 min adam repressiya edilib. Amma bu 5 min nəfərin 2 min nəfəri 1-ci kateqoqriyaya – yəni güllələnməyə məhkum edilib, 3 min nəfər isə 2-ci kateqoriya cəzalara uyğun olaraq həbs və islah əmək müəssisələrinə göndərilib. Bu rəqəmlər Ermənistanda toplan 1500 nəfərdir – 500 güllələnmə, 1000 nəfər həbs və düşərgələr. Müqayisə üçün deyək ki, Belorusiyada bu əməliyyat üzrə 12 min repressiya edilmiş – 2 min nəfər güllələnmiş, 10 min nəfər həbsxanalara və düşərgələrə göndərilmişdi.

1 yanvar 1959-cu il məlumatına görə SSRİ-də İslah Əmək koloniyalarında toplam 862707 məhbus cəza çəkirdi. Bunlarda 786261 nəfəri kişi, 76446 nəfəri qadın idi. Diqqət edin həmin vaxt Azərbaycan İslah Əmək Koloniyalarında cəza çəkənlərin sayı 6847 nəfər, Gürcüstanda 11457 nəfər, Ermənistanda 2744 nəfər idi.
1956-ci ilin 1 aprel məlumatına görə İslah Əmək koloniyalarında cəza çəkənlərin milli tərkibi belə idi: azərbaycanlılar – 8.163, gürcülər – 10.417, ermənilər – 9.527 nəfər.

1 yanvar 1956-cı il məlumatına görə azərbaycanlılar SSRİ-də bütün həbs edilənlərin 0,9 faizini, gürcülər 1,5 faizini, ermənilər 1.3 faizini təşkil edirdi.

Görən, Cənubi Qafqaz respublikalarında repressiya statiskasının hazırkı mənzərəsi necədir? İnsan Hüquqları təşkilatları bunun müqayisəsini aparıbmı? Hər halda, hər 10 min nəfərə düşən məhbusların sayına görə yəqin ki, biz birinci yeri tuturuq.

Mənbə: ГУЛАГ: Главное управление лагерей. 1918-1960. Под ред. акад. А.Н. Яковлева; сост. А.И. Кокурин, Н.В. Петров. М.: МФД, 2000. (Россия. XX век. Документы).