DREZIN VƏ YA ANALOQUOLMAYAN INKIŞAF PERSPEKTIVI

Çingiz Sultansoy

Azərbaycanda yaşayanların tez-tez rastlaşdığı müxtəlif mənfi hallar, məsələn, təhsilin ya səhiyyənin, hər hansı xidmətin aşağı keyfiyyəti, məmur özbaşınalığı, rüşvətxorluğu, korrupsiya, təqsiri-günahı olmayan adamların həbsi, saxta ittihamlı saxta məhkəmə, gerçək həbsxana və başqa belə olaylar haqqında söhbətlərdə “Bir az da dözmək lazımdır”, “Bütün bu neqativ zamanla aradan qalxacaq” kimi fikirləri 20-25 ildi eşidirəm.

Facebookda və real həyatdakı diskussialarda belə adamlar mövqelərinə müxtəlif tutarqalarla əsaslandırırlar. “Hər şeyin zamana ehtiyacı var”, “Bazar iqtisadiyyatı, bazar münasibətləri hər şeyi yoluna qoyacaq”, “150 il Rusiyanın əyaləti olmuşuq, müstəqil dövlətçiliyimizi təzə-təzə qururuq”, “Demokratik ölkələrdə də demokraiya birdən-birə qurulmayıb” və başqa bu kimi arqumentlər. 20-25 il əvvəl “Bunlar yeyib doyublar, təzə gələnlər təzədən (yeməyə) başlayacaq” da deyirdilər, indi daha demirlər. Birdən biri tapılar, belə ağ yalana görə başına yağlı qapaz salar, şillə dartar:

  • Məni gic yerinə qoyursan? Bunlar yeyib doyublar, ay kopoğlu, yoxsa zamanla iştahları artıb, daha da acıblar?

Başqa tutarqalar da beləcə yalandır.

30 il tarixi baxımdan o qədər də çox vaxt deyil, hə. Bəs niyə Gürcüstan, Ukrayna az vaxt saydığın bu 30 il ərzində dövlət qura bildilər, amma Azərbaycan yox? Niyə bizdə durum getdikcə pisləşir? Daha üç Baltia respublikasını demirəm, Atatürkü demirəm – Mustafa Kamal paşa 1923-1938-ci illərdə dağılan, cürümüş Osmanlı imperiyasının yerində respublika qura bildi, islahatlar həyata keçirdi. Niyə ona cəmi 15 il bəs elədi, bunlara neft-qaz gəlirləri ola-ola 30 il də azdır?

“Niyə”lər çoxdur, hansını deyəsən? Bu boyda yalan danışmaq olar?..

İnsanlar niyə düşünür ki, çalışmasan, səy göstərməsən, elə zaman keçdikcə mətbəxdəki boş soyuducu öz-özünə dolacaq? Boş portmanata pul qoymasan, yavaş-yavaş öz-özünə dola bilər?!

Bu “Zamanla düzələr” söhbətiylə bağlı köhnə və ləzzətli bir lətifə yadıma düşdü.

Köşənin linkini şərh bölümünə atıram

SÖZARDI. Dəyərli dostlar! Postu oxuyub əsəbiləşsəz, qəzəblənsəniz də, hirs, qəzəb işarələri qoymayın, pls. Qəzəbiniz mənə deyil ki? Qəzəbiniz zülm edənlərə, dəstək olanlara, cinayət törədənlərə, bizi susdurmaq istəyənlərə, yalan danışanlaradırsa, posta dəstək verin. Qəzəb işarələri yazılanın ziyanınadır.