İnsan qanına susamışlar

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli

AXCP Təşkilat şöbəsinin üzvü Elxan Əliyevi qısa müddət ərzində üçüncü dəfə həbs edirlər. Bilirsinizmi niyə?

Yox, Elxan Əliyev -in əqidəsinin kamilliyinə, iradəsinin möhkəmliyinə heç rejimin də şübhəsi yoxdur.

Sadəcə, adam ciddi xəstədir. İnfarkt keçirib. Üstəlik beyin damarlarında incəlmə var. Ani bir ehtiyatsız hərəkət, başına vurulacaq zəif bir yumruq onun həyatının sonunu gətirə bilər. Heç fiziki təsir olmadan da, yaşadığı stress və gərginlik onu bir anın içində məhv edə bilər.

İnsan qanına susamışlar bunu yaxşı bilirlər. Elxan bəyi şərləyib ən absurd, gülünc ittihamla həbs edərkən də hesablamarını Elxan bəyin və ailəsinin həbs olunmaq və ya azadlıqda qalmaq deyil, yaşamaq və ya ölmək seçimləri arasında qalmasından çıxış edərək aparırlar.

Vətəndaşın qatilinə çevrilmiş hakimiyyət, onu sianidlə zəhərləyən, aclıqla, yoxsulluqla, dərmansızlıqla sınağa çəkən, şərlədiyi xəstə professorun dərmanlarını verməyən, ağır nevroloji problemi olduğunu, hər an ölüm riski ilə yaşadığını bilə-bilə suçsuz insanı şərləyib həbs edən, faktiki ölümə itələyən iqtidarsız iqtidar, sizə nə deyim, sizi hansı sözlərlə vəsf edim ki, mübarək şəninizə şayan olsun?!

Rusiya-Ukrayna savaşı da bitəcək. Azərbaycan-Ermənistan tənzimlənməsi də öz həllini tapacaq.
Sonra nə edəcəksiniz?!

Müxalifətçiləri girov götürüb sizdən dəyişiklik tələb edən dünyaya nağıllardakı div kimi “bizə toxunsanız hər gün iki müxalifətçi yeyəcəyik” deyəcəksinizmi?!

Hərçənd, sizdə o potensial da var.
Elxan Eliyev -ə, Gubad Ibadoglu -na , bütün siyasi məhbuslara azadlıq!