Rusiya prezidenti Vladimir Putin bildirib ki, Vaqner özəl hərbi şirkəti mövcud deyil.
Putin bundan əvvəl bu şirkətin tamamilə dövlət tərəfindən maliyyələşdirildiyini demişdi.
Rusiya prezidenti Kommersant qəzetinin müxbiri Andrey Kolesnikova baş tutmayan qiyamdan bir neçə gün sonra Vaqnerin başçısı Yevgeni Priqojin və şirkətin döyüş komandirləri ilə görüşü barədə danışıb.
Onun sözlərinə görə o komandirlərin “döyüş meydanındakı” və “24 iyun hadisələri” zamanı fəaliyyətinə qiymət verib. Putin əlavə edib ki, o vaqnerçilərə gələcək taleləri üçün “mümkün variantları” göstərib.
Kommersant qəzetinin “Vaqner döyüş vahidi kimi saxlanacaqmı” sualına Putin “Vaqner mövcud deyil” cavabını verib:
“Bizdə axı özəl hərbi təşkilatlar haqqında qanun yoxdur! Sadəcə mövcud deyil!”
Azadlıq radiosu