Kamran Cəfərov
Ərdoğanın atdığı son 3 addım Rusiyanı son dərəcədə məyus etdi, Ukraynanı isə sevindirdi.
Hansılardır?
- Ukraynanın NATO-ya daxil olmasını dəstəklədi;
- Türkiyənin Ukraynaya yeni silah tədarükünün anonsunu verdi;
- Rusiya ilə əldə olunan anlaşmaya zidd olaraq, Türkiyə ərazisində saxlanılan bir neçə azovçunu Ukraynaya qaytardı(bu məsələ ilə bağlı sosial şəbəkələrin Rusiya seqmentində isterika yaşanır).
Bu qərarlar Rusiya cəmiyyətində bu addımlar çox ciddi qəzəblə qarşılandı.
Nə baş verir?
- Priqojinin üsyanından sonra Putin zəifləyib, bundan əlavə də Rusiya müharibədə uduzur, nüfuzunu və gücünü itirir.
Təbii ki, Ərdoğan bundan istifadə edir.
- Klassik diplomatiya.
Taxıl sazişinin müddətinin uzadılması tarixi yaxınlaşır. Ərdoğan diplomatik masaya 3 kart(alver predmeti) qoydu. Hər 3 keysdə Türkiyə daha qətiyyətli addımlar ata bilər. Atacaqmı? Bu, Ərdoğanın Putindən taxıl sazişi məsələsində almaq istədiyini alıb-almayacağından asılıdır.
Hər halda biz başqa bir misalı da yadımıza sala bilərik.
30 oktyabrda Rusiya taxıl sazişindən çıxmışdı.
1 noyabrda Türkiyə, BMT və Ukrayna, taxil tədarükünü təmin edən gəmilərin təhlükəsizliyi və marşrutu məsələlərində razılığa gəliblər və de-fakto Rusiyanı bu sazişdən “qırağa tullayıblar”.
2 noyabrda gülməli və aciz duruma düşən Rusiya taxıl sazişinə qayıtmağa məcbur oldu.
Putin növbəti dəfə “qırmızı xətləri”ndə yerdəyişmə etdi. Növbəti dəfə Putinin blefi onu aciz və gülməli vəziyyətə saldı. Niyə? Ona görə ki, döyüş meydanında Rusiya heç bir cavab vermək gücündə deyil, hədələrə və bleflərə isə artıq heç kim inanmır.