dashkesen

Daşkəsəndə tükürpədən intihar

dashkesenŞəhid anası 20 Yanvar günü oğlunun şəklini bağrına basıb özünü asdı

Yanvarın 20-də Daşkəsəndə hər kəsi ağrıdan intihar hadisəsi baş verib. Şəhid anası oğlunun şəklini bağrına basaraq özünü asıb.
Bu barədə “Azadlıq”a Dakşəsəndəki mənbələrdən bəlli olub.
Milliyətcə rus olan Qalya xanım 1992-ci ildə Qarabağ döyüşlərində şəhid olmuş Mikayıl Rza oğlu Abbasovun anasıdır. O özünü yanvarın 20-də səhər saatlarında asıb. Onun meyiti aşkarlanarkən şəhid oğlunun şəkli qucağında olub.
Daşkəsən camaatı Qalya xanımı həm də belə xatırlayırlar – ömrünü yay-qış demədən, oğlunun dəfn olunduğu Şəhidlər Xiyabanında, balasının məzarə başında keçirən şəhid anası.
İntiharın səbəblərini öyrənmək imkanımız olmadı. Şəhid anasının maddi və ya psixoloji gərginlik üzündən belə bir addım atması mümkün görünür.
Həm təfərrüatları, həm də rəsmi mövqeləri öyrənməyə çalışacağıq.

***

Daşkəsən Rayon Prokurorluğu şəhid anasının 20 Yanvar günü intihar etdiyi haqda “Azadlıq”ın xəbərini təsdiqləyib. Prokurorluğun yaydığı məlumatda deyilir ki, Qalina Nedolivko bir gün əvvəl onun doğum gününü təbrik etmək istəyən yaxınlarının telefonuna cavab verməyib. Bundan şübhələnən qohumlar polisə məlumat veriblər. Qadının yaşadığı evə gələn hüquq-mühafizə orqanı əməkdaşları şəhid anasını mətbəxdə asılı vəziyyətdə görüblər.
Faktla bağlı araşdırma aparılır. Yanvarın 19-da Q.Nedolivkonun 66 yaşı tamam olub.

İnformasiya şöbəsi