ABŞ BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini istəyir

ABŞ administrasiyası BMT Təhlükəsizlik Şurasının genişləndirilməsini təklif edəcək.

Vaşinqtonun planlarına görə daha altı ölkəyə TŞ-nin daimi üzvü olmaq imkanı verilməlidir.

Lakin təklifə görə yeni üzvlərə veto hüququ verilməyəcək.

Bu təklifdən məqsəd dünyanın ən əsas beynəlxalq təşkilatında qlobal təmsilçiliyin genişləndirilməsidir.

The Washington Post qəzetinin yazdığına görə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfield hazırda Təhlükəsizlik Şurasının genişləndirilməsi üçün müxtəlif ölkələrin diplomatları ilə danışıqlar aparır.

Bu təklif dünya liderlərinin bu payız Nyu Yorkda keçiriləcək sammitinin ərəfəsinə təsadüf edir.

Qəzetin yazdığına görə prezident Co Bayden və onun administrasiyasının BMT TŞ-nin inkişaf etməkdə olan ölkələrin hesabına genişləndirilməsi təklifi həm də bəzi ölkələrin şikayətlərinə cavab vermək məqsədi güdür.

Administrasiyanın fikrincə TŞ-nin hazırkı heyəti qlobal problemlərin, o cümlədən Ukraynada müharibənin qarşısını ala bilməyib.

Azadlıq radiosu