Ukrayna müharibəsinin kökləri və Putindən sonra Rusiyanın taleyi necə olacaq?

“Bu müharibə faktiki olaraq, Rusiya imperiyasının parçalanmasının davamıdır” – Ukrayna əsilli ABŞ tarixçisi Sergey Ploxiy BBC-yə müsahibəsində deyir.

Harvard universitetinin professoru, Ukrayna tarixinin ən nüfuzlu tədqiqatçılarından biri Sergey Ploxiy “Avropanın qapıları: Ukrayna tarixi” (The Gates of Europe: A History of Ukraine) adlı bestselleri ilə tanınır.

Rusiyanın Ukraynaya böyük miqyaslı təcavüzünün başlanğıcından bir il sonra onun “Rusiya-Ukrayna müharibəsi” adlı kitabı çapdan çıxıb. Burada o, həm müharibənin səbəblərini göstərir, həm də onun müasir dünyanı necə dəyişdiyini göstərir.

“İndi elə təəssürat mövcuddur ki, müharibə qaçılmaz idi, – Ploxiy BBC-nin Ukyayna müxbiri Yevgeni Şidlovski ilə söhbətində deyir. – 2022-ci ilin əvvəlində – yanvarda, fevralda mən onu görürdümmü? Əlamətləri görürdüm, amma ukraynalıların çoxu kimi görmək istəmirdim. Yəni görürdüm, amma müharibənin qaçılmazlığını dəfələrlə inkar edirdim”.

Alimin fikrincə, həmin vaxt müharibə Rusiya üçün əlverişli görünmürdü. Üstəlik, Rusiya ordusu da, sanki yetərincə hazır deyildi. Rusiya “Ukrayna haqda efemer təəssüratlar əsasında” təcavüzə başladı.

Sergey Ploxiy özünün yeni kitabında 2014-cü il savaşına və tam miqyaslı təcavüzün bir ilinə yekun vurmaqla yanaşı, 1991-ci ildən başlayaraq hansı amillərin buna səbəb olmasını araşdırır.

Toplum tv