İrandan Kann festivalına ‘icazəsiz’ gedənlərə xəbərdarlıq olunub

İranda Mədəniyyət və İslami İrşad Nazirliyi Kino Təşkilatının rəhbəri ölkənin kino industriyasına xəbərdarlıq edib.

Təşkilatın rəhbəri Məhəmməd Xəzayi Tehrandan icazə almadan Kann Film Festivalına qoşulanlara və müxalif fikirlilərə qarşı sərt tədbirlər görüləcəyini bildirib.

Xəzayi deyib ki, bu ayın əvvəlində Fransanın çimərlik kurortuna festivala gedənlər “müxalifət paltarı geyinərək” İran kinosunda işləyə bilməyəcəklər.

Müxalif fikirli rejissor Məhəmməd Rəsolofun “There Is No Evil” filmi festivalda iştirak etsə də, rejissor tədbirə buraxılmayıb. O, həbsxanadan bir müddət əvvəl çıxıb.

Azadlıq radiosu