12 yanvardakı “Əsgər ölümünə son!” aksiyasını müxalifət deyil, xalq keçirirdi. O aksiyaya hamı qatılmalı idi – Ilham Əliyev də. Ancaq I.Əliyev atadanqalma korrupsiya komandasını yığıb xalqı qınadı, “Əsgər ölümünə son!” deyənləri “antimilli ünsürlər” adlandırdı. Bununla da o, ordunu bürüyən qanunsuzluqların, özbaşınalıqların, əsgər ölümlərinin başında özünün durduğunu göstərdi. Burası onsuz da belə idi: prezident – “ali baş komandan” olaraq o, ölkədəki, eləcə də ordudakı çoxsaylı neqativ görsənişlərə, başlıcası da korrupsiya-monopoliya faktlarının geniş yayılmasına görə sorunludur, başqa cür desək, cavabdehlik daşıyır.
Sözügedən aksiyaya yaxınları orduda öldürülən əsgərlərin şəkillərini gətirmişdilər. Əsgər ölümləri ilə bağlı poçtuna gələn çoxlu sayda məktub yiyəsinə – ata-analara sayğısızlıqla yanaşan I.Əliyev o şəkillərə də sayğısızlıqla yanaşdı, faktiki olaraq şəkildəkiləri də, şəkil yiyələrini də “antimilli ünsürlər” adlandırmaqla açıq təhqir yolu tutdu. Onu bağışlamaq olarmı? Oğlu orduda sağlamlığını biryolluq itirib yarımcan edilmiş ata deyir: “Hər yerə şikayət etdik. Mehriban Əliyevanın rəhbərlik etdiyi fonddan tutmuş nazirliklərədək. Heç kim bizə kömək eləmədi”. Belə faktlar bir deyil, beş deyil, minlər, milyonlarladır.
Hüquq propessoru E.Abdullayev MTN mayoru olmuş qardaşının oğurlanması ilə bağlı 230 məktub göndərir – bircə dənə də rekasiya görmür. Bu nə prezidentlikdir belə? Oğlu öldürülən, yarımcan edilən əsgər ata-anaları dönə-dönə məktub yollayır, işin düzgün araşdırılmasını istəyir, hansısa yardım üçün çalışır – cavab ala bilmır. Bu nə “ali baş komandanlıqdır” belə? Orduya ildə dörd yol çağırış nə deməkdir? Pul tələsi! Ölkəyə milyardlarla gələn (çoxu mənimsənən!) neft pullarına çoxdan professional ordu yaratmaqla, ən yuxarıdan indiki əsgər ölümlərinə son qoymaq olardı. Niyə qoyulmur? Elə olsaydı, xalqı indiki kimi soymaq, soyub yaman günə qoymaq olmazdı – buna görə! Bu gün Azərbaycanın ən ucqar köylərində belə, hamı ordunun dislokasiya yerlərinin qiymətini bilir. Ata-analar uşqalarının ermənilərlə sınır bölgələrinə düşməməsi üçün sonuncu mal-qaralarından belə, keçməli ourlar. “Azərbaycan ordusunun büdcəsi Ermənistanın büdcəsindən 50% artıqdır”, ancaq… ermənilər necə də qorxuncdurlar! Xalq erməni qorxusundan sonuncu inəyindən belə, keçməli olur. Ata-oğul Əliyevlərin bugünkü Azərbaycana qazandırdıqları budur. Bizlər isə “antimilli ünsürlərik”!
Ölkə rüşvət-korrupsiya bataqlığında batıb boğulurkən “biz korrupsiya ilə amansız mübarizə aparırıq” nə deməkdir? Sözsüz, xalqı dolamaq, ələ salmaq! 11 yaşlı oğluna bircə Dubayda 44 milyon dollarlıq mülk alırkən, bircə ofşor zonalara ölkədən 48 milyard dollar oğurlayıb ötürürkən, bircə Sumqayıtda 17 zavodu ələ keçirib vergidən yayındırırkən Rüstəm Ibrahimbəyova “vergi oğrusu” kimi cinayət işi açdırmaq nə deməkdir? Bircə 2009-cu ildə ölkədə 16,5 milyon ton neft oğurlanıb. Elə o il dövlət büdcəsinə 1 milyard 272 milyon manat ödəyən ARDNŞ ordan 1 milyard 277 milyon manat alıb. Görünür, Cenifer Lopez kimilərinin göbəyi üçün! 2003-2009-cu illərdə bircə Gömrükdə 4 milyard dollarlıq mənimsəmə olub, bəlkə, bunu da Rustəm Ibrahimbəyovun boynuna qoyasız? Bəs Çovdar qızıl-gümüş yataqlarının mənimsənilməsi faktını kimin boynuna qoyacaqsız? Rejimin başlıca dayaqlarından birinə çevrilmiş ITV bugünlərdə belə bir informasiya yaydı: “Azərbaycanda qızılın çıxarılmasını sürətləndirən yeni texnoloji üsuldan istifadə olunacaq”. Tələsin! Demokratiyanı yavaşlayın, qızılın çıxarılmasını SÜRƏTLƏNDIRIN! BP-ni divara dirəməklə NEFT HASILATINI DAHA DA artırın!
Azərbaycan uğrunda canından keçməyə gələn türkiyəli zabitlər ölkədən qovuldu. Onların yerinə başıpozuq Rusiya ordusunun tör-töküntüləri gətirildi. Sonuc ortadadır…

İlham Əliyevə istefa!
•