Paşinyan: Azərbaycanla sülh müqaviləmiz olmasa…

“Biz elə bir yerdə yaşayırıq ki, bu torpaq üçün kadastr şəhadətnaməmiz yoxdur”.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu mayın 24-də parlamentin iclasında baş nazir Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, Azərbaycanla sülh müqaviləsi imzalansa, Ermənistan belə kadastr sənədini əldə edə biləcək.

Azatutyunun yazdığına görə Paşinyan çıxışında müxalifətin – Yerevanın Bakının Qarabağa və anklavlara dair bütün tələblərini yerinə yetirməsi və əvəzində heç nə almaması barədə tənqidini qəbul etdiyini bildirib, amma deyib ki, Ermənistan “de jure” öz torpağının sahibi olmaq şansı qazana bilər:

“Biz hamımızmı başa düşürük ki, 30 ildir sevimli vətənimizdə kadastr şəhadətnaməsi olmadan yaşayırıq, Erməni dövləti də özünün çoxminillik tarixində heç vaxt kadastr sertifikatına malik olmayıb? Əgər biz istədiyimizi edə bilsək, tariximizdə ilk dəfə olaraq kadastr sertifikatı əldə edəcəyik və torpağımızın təkcə “de facto” yox, həm də “de jure” sahibi olacağıq”.

Azadlıq radiosu