Rüstəm İbrahimbəyova qarşı “Şamaxı piarı”

Hakimiyyət sıravi vətəndaşları dramaturqun əleyhinə danışdırmaq istəyir

Azərbaycan hakimiyyəti Ziyalılar Forumunun üzvü, tanınmış dramaturq Rüstəm Ibrahimbəyova qarşı gözdənsalma kampaniyasını davam etdirir. Əldə etdiyimiz məlumatlara görə, hakimiyyət bu kampaniyada sıravi vətəndaşlardan da istifadə etmək niyyətindədir.
Məlumatlarda bildirilir ki, “ATV” telekanalına Şamaxıda Rüstəm Ibrahimbəyovla bağlı süjet hazırlamaq tapşırılıb. Həmin süjetdə tanınmış dramaturqun Şamaxının Muğanlı kəndindəki evindən bəhs edilməsilə yanaşı, sakinlərin onun əleyhinə açıqlamalar verməsi yer almalıdır. Sakinlər əsasən onu bildirməlidir ki, guya Rüstəm Ibrahimbəyov onların torpaqlarını zəbt edib. Lakin ATV kanalının birinci cəhdi baş tutmayıb. Sakinlər bildiriblər ki, Rüstəm Ibrahimbəyovun evini çəkməkdənsə kəndin problemlərini işıqlandırsınlar. ATV-nin Rüstəm Ibrahimbəyovla bağlı tapşırılan süjeti hazırlamaq üçün bu gün yenidən Şamaxıya gedəcəyi bildirilir.