Ərdoğan 49 faizi necə yığdı?

Hüquq müdafiəçisi Anar Məmmədli

Türkiyədə keçirilən 14 May Prezident və Parlament seçkiləri indiyədək bu ölkədə müşahidə etdiyim üçüncü seçkidir. Bundan öncə 2007-ci ilin parlament, 2017-ci ilin referendumunu müşahidə etmək imkanım olub. 14 May seçkilərindək nə müxlaif partiyalar, nə də vətəndaş cəmiyyəti təşkilatlarından seçki prosesinin keyfiyyəti ilə bağlı ciddi etimadsızlığa rast gəlməmişəm. Amma 14 May ərərfəsində seçkiyə ciddi etimadsızlığa şahidi oldum. Görünür həm 2017-ci ilin referendumu, həm də 2019-cu il bələdiyyə seçkilərinin nəticələri ilə bağlı mübahisələr bu etimadıszlığın güclənməsində rol oynayıb.

Bəs etimadsızlıq nəyədir?

Türkiyədə seçki prosesinə etimadsızlığın səbəblərini aşağıdakı kimi sıralamaq olar:

a) bəzi seçki məntəqələrində səslərin düzgün sayılmaması;
b) səssaymanın nəticələrinin bəzi seçki protokollarında düzgün daxil edilməməsiı;
c) Seçki məntəqələrində hazırlanan protokolların bəzən Yüksək Seçki Kurulunun sisteminə düzgün daxil edilməməsi;
d) YSK-nın sisteminə daxil edilən məlumatların seçki gecəsi Anadolu Ajansı vasitəsilə manipulyasiya edilməsi;

Ancaq seçkidən ötən bir həftə ərzində araşdırmalarım göstərdi ki, səsvermənin nəticələri ilə bağlı şübhələr yuxarıdakı hallarla məhdudlaşmır. Bəs səsvermənin nəticələrinə şübhə yaradan digər hallar hansılardır?

Seçici siyahıları

Araşdırmaçı Nezih Onur Kurunun iddiasına görə, 2023 seçimlerinde oy sayımı aşamasının da öncesinde kayıtlı seçmen sayısında sorun var, açıklanamayan fazlalık var: “2019 yerel seçimlerinde kayıtlı 57,1 milyon seçmenin üzerine YSK tarafından açıklanan 4,9 milyon yeni seçmen, 3,4 milyon yurtdışı seçmen ve adresinde gözükmeyip başvuru yaparak seçime kaydedilen 630 bin seçmeni ekleyip, elde edilen sayıdan yaklaşık tahmini 2.5 milyon yetişkin ölümünü düştüğünüzde ulaşılan kayıtlı seçmen sayısı 63 588 501 nefer. Fakat YSK’nın paylaştığı kayıtlı seçmen sayısı 64,191 milyon. Arada 525440 açıklanamayan fazla seçmen var”.

Keçərsiz səslərin bölgüsü

Digər şübhə doğuran məqam Türkiyə üzrə keçərsiz səslərin prezidentliyə namizədlərin qalib gəldiyi ilçələr üzrə bölgüsüdür. Nədənsə, Erdoğanın qalib gəldiyi ilçələrdə keçərsiz səslər Kılıcdaroğlunun qalib gələn bölgələrə nisbətdə daha azdır. Məsələn, Mert Uzunsoy adlı araşdırmaçının hesablamasına görə, Türkiye’de toplam 5854 mahallede kullanılan oylar geçersiz olmadı. Bu mahallelerde Erdoğan’ın oyları %60, Kılıçdaroğlu’nun oyları ise %36 seviyesinde.

Kəndlərdə Erdoğanın mütləq üstünlüyü

Şübhəli görünən nəticələrdən biri də kəndlərdə Erdoğanın fantastik üstünlüyə sahib olmasıdır. Məsələn, Füsün Sarp Nebilin araşdırmasına görə, Erdoğan’ın köy ve mezralardan aldığı oy, toplam kendi oyunun yüzde 21,6’sı Kılıçdaroğlu’nun köy ve mezralardan aldığı oy, toplam kendi oyunun yüzde 14,5’i. Sayı olarak verirsek, Erdoğan bu bölgelerde, 2,3 milyon daha fazla oy almış görünüyor. Tüm Türkiye’deki geçerli oylarda Kılıçdaroğlu ile Erdoğan arasındaki fark 2,4 milyon.
Qeyd edim ki, CHP təmsilçilərinin olmadığı 600 sandıkda (təxminən 180 min seçici edir) Kılıcdaroğluna bir səs də yoxdur. Yəni müşahidəçilərin olmadığı yerlərdə maksimum “yararlanıblar”.

https://t24.com.tr/yazarlar/fusun-sarp-nebil/koy-ve-mezralara-temsilci-ve-musahit-gondermek-lazim,40059

Fantastik seçici fəallığı

Türkiyə İşçi Partisinin iddiasına görə, Türkiye’de 14 Mayıs seçimlerinde yüzde 95 ve üzeri oy kullanılan sandık sayısı 20 bine yaxın ve burada seçmen sayı 4 milyon 200 min civarında. Yüzde 98 ve üzeri katılımın sağlandığı sandık sayı isə 7 min civarında. Bu cür seçici fəallığı şübhəldir. Bizim seçkilərdə adətən Naxçıvanda belə seçici fəallığı qeydə alınır.

28 May üçün gözləntilər

Beləliklə, 14 May seçimlerinin de sonuclarına əsaslanmaqla 28 May seçim günü pozuntu hallarının qarşısını almaq üçün aşağıdakı istqiamətlərdə önləm almaq lazım olacaq:

a) Seçki gününədək seçici siyahılarının yoxlanması
b) Keçərsiz səslərin miqyasının azalması üçün maarifləndirmə kampaniyası
c) Adı seçici siyahısında olmayan seçicilərin səsvermədə iştirakının qarşısnın alınması
d) Başqlarının əvəzinə səsvermədə iştirakın önlənməsi
f) Kənd yerlərində müşahidəçilrəin sayının çoxalması
g) Seçici fəallığının yüksək (80+) olduğu yerlərdə ictimai nəzarət
h) seçki məntəqələrində səslərin düzgün sayılmasına önləm
i) səssaymanın nəticələrinin seçki protokollarında düzgün yazılmasına önləm
j) Seçki məntəqələrində hazırlanan protokolların Yüksək Seçki Kurulunun sisteminə düzgün daxil edilməsi;
k) YSK-nın sisteminə daxil edilən məlumatların Anadolu Ajansı tərəfindən manipulyasiya edilməməsinə qarşı Paralel Səssayma Metodundan istifadə;