ABŞ Gürcüstana sanksiya xəbərdarlığı edir

Gürcüstan prezidenti Salome Zurabişvili, ölkənin üç müxalifət partiyası, habelə Avropa İttifaqı və ABŞ Gürcüstan və Rusiya arasında birbaşa uçuşların bərpasına etiraz bildiriblər.

Mayın 10-da Rusiya prezidenti Vladimir Putin bu uçuşların bərpa olunmasına dair birtərəfli qərarını elan etmişdi.

Gürcüstan hökuməti bu qərarı dəstəklədiyini bildirmişdi.

Avropa İttifaqı onun üzvü olmaq istəyən Gürcüstana Rusiyaya qarşı aviasiya sanksiyalarını dəstəkləməyə çağırıb.

Bu isə o deməkdir ki, Tbilisi Rusiya təyyarələrinin Gürcüstana və Gürcüstan təyyarələrinin Rusiyaya uçuşlarına icazə verməməlidir.

Azadlıq radiosu