“Etiraz edən ticarətçilərə güc tətbiqinə ehtiyac yox idi. İnhisarçıları və soyğunçuları “yavaşlatmaq” lazım idi”
AXCP sədri Əli Kərimli yanvarın 19-da “Binə” Ticarət Mərkəzində çalışan ticarətçilərin etiraza qalxması və aksiyanın hərbiləşmiş polis gücünə amansızlıqla dağıdılmasına münasibət bildirib. Əli Kərimli twitter səhifəsində yazıb:
“Gənclərin 12 yanvar aksiyası, ziyalıların sərt açıqlamaları, indi də Binədə etiraz aksiyası. Hamı dəyişiklik istəyir.
Etiraz edən ticarətçilərə güc tətbiqinə ehtiyac yox idi. Onları dinləmək, inhisarçıları və soyğunçuları isə “bir az yavaşlatmaq” lazım idi.
Hakimiyyət gözü önündə baş vermiş Ərəb inqilablarından nəticə çıxartmayıb. Hər fürsətdə zora əl atmaq özləri üçün də yaxşı sonluq vəd etmir”.


