Və hakimiyyətin biabırçı ifşası
Azərbaycan hakimiyyətinin Ziyalılar Forumuna hücumları səngimək bilmir. Iqtidarın nəzarətində olan media orqanlarında vaxtaşırı Ziyalılar Forumunda təmsil olunan şəxslər haqqında əsassız ittihamlarla dolu yazılar dərc edilir. Hakimiyyət ziyalıları ölkədəki ədalətsizlizliyə etirazına kölgə salmaq üçün özünə məxsus şantaj metodlarından istifadə edir.
Iqtidarın rəsmiləri başlıca vuruğuna onun üzərinə salır ki, Ziyalılar Forumunda təmsil olunan insanlar xalqı düşünmür, şəxsi maraqlardan çıxış edirlər. Məsələn, guya professor Cəmil Həsənli, sabiq deputat Gültəkin Hacıbəyli 2010-cu parlamentə düşə bilmədikləri üçün hakimiyyəti hədəfə alıb. Bu absurd ittihamı elə Gültəkin Hacıbəyli “Azadlıq”a verdiyi dünənki açıqlamada dəmir məntiqlə darmadağın edib. Bir daha Gültəkin xanımın həmin fikirlərini təqdim etməyi vacib bilirik: “Yazırlar ki, mən deputat olmadığım üçün qisas alıram. Kimdən? Məgər deputatı xalq seçmir? Özü də mən, ümumiyyətlə, 2010-cu il parlament seçklərində namizədliyimi verməmişəm, seçkidə iştirak etməmişəm!
Demək, siz Elşad Abdullayevin mandat alveri ilə bağlı iddialarını qəbul edirsiniz! Parlamentin xalqın iradəsi ilə yox, siyahı ilə formalaşdığını və mənim də əvvəldən hazırlanan bu siyahıya düşməməyimi etiraf edirsiniz!
Bu səmimiyyətinizə görə çox sağ olun deyirəm”.
Zənnimizcə, əlavə şərhə ehtiyac yoxdur.


