Çin səfirinin suverenliklə bağlı sözləri Baltikyanı ölkələrdə və Kiyevdə narazılıq yaradıb

Çinin Fransadakı səfiri Lu Şayenin postsovet ölkələrinin suverenliyi ilə bağlı Fransanın “La Chaîne info” kanalında dediyi fikirləri Baltikyanı respublikalarda və Ukraynada narazılıq yaradıb.

Krımın Ukraynaya aid olub-olmaması sualına cavab verərək çinli diplomat deyib ki, “bu, problemi necə qəbul etməyinizdən asılıdır. “

Səfir Krımın əvvəldən Rusiyanın olduğunu, sonradan Xruşşov tərəfindən Ukraynaya verildiyini deyib.

Jurnalistin beynəlxalq hüququn Krımı Ukrayna ərazisi kimi qəbul etməsi ilə bağlı dediklərinə cavab olaraq diplomat bildirib ki, keçmiş Sovet İttifaqı dövlətlərinin mövcud beynəlxalq hüquqda statusu yoxdur. O, fikirini onların suveren statusunu müəyyən edən heç bir beynəlxalq müqavilənin olmaması ilə əsaslandırıb. ”

Dünyanın “belə problemlər” üstündə mübahisə etməməli olduğunu deyən Lu Ukraynada atəşkəsə çağırıb.

Azadlıq radiosu