Zəngilan rayonunda 85 yaşayış məntəqəsindən 22-i qalacaq

İqtisadçı alim Qubad İbadoğlu

5-ci yazı (Zəngilan rayonu)

Zəngilan rayonunda işğaladək mövcud olan 85 yaşayış məntəqəsindən 22-i qalacaq. Onların siyahısını təqdim edirəm:

  1. Zəngilan ş. (Zəngilan ş., Tağlı, Ağ oyuq, Beşdəli, Keçikli, Malatkeşin, Genlik, Sarıqışlaq) – 8
  2. Alıbəyli (Birinci Alıbəyli, İkinci Alıbəyli, Sarıl, Xumarlı) – 4
  3. Ağalı (Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı) – 3
  4. Məmmədbəyli (Məmmədbəyli, Babaylı, Havalı, Zərnəli) – 4
  5. Həkəri q. (Həkəri q, Hacallı, Muğanlı, Şərifan, Xurama) – 5
  6. Zəngilan (Zəngilan k., İçəri Müşlan, Məlikli) – 3
  7. Qıraq Müşlan (Qıraq Müşlan, Üdgün) – 2
  8. Cahangirbəyli (Cahangirbəyli,Tatar,Tiri, Turabad, Vəliqulubəyli) – 5
  9. Mincivan q. (Mincivan) – 1
  10. Bartaz q. (Bartaz q.) – 1
  11. Ağbənd q. (Ağbənd q., Əmirxanlı, Vejnəli) – 3
  12. Bartaz k. (Bartaz k., Qarqulu) – 2
  13. Çöpədərə (Çöpədərə, Baharlı, Sobu, Dəlləkli) – 4
  14. Qaradərə (Qaradərə, Ördəkli, Qaragöz) – 3
  15. Şəfibəyli (Şəfibəyli, Məşədiismayıllı) – 2
  16. Rəzdərə (Rəzdərə, Kolluqışlaq, Şatarız) – 3
  17. Yenikənd (Yenikənd, Rəbənd) – 2
  18. Şayıflı (Şayıflı, Aşağı Gəyəli, Nəcəflər, Qaragöl, Yusiflər) – 5
  19. Şərikan (Şərikan, Dərəli, Bürünlü, Canbar, Günqışlaq, Pirveys, Qazançı, Seyidlər, Yuxarı Gəyəli, Ağkənd) – 10
  20. Yeməzli (Aşağı Yeməzli, Orta Yeməzli, Quyudərə Xəştab, Sarılı Xəştab, Yuxarı Yeməzli) – 5
  21. Gilətağ (Böyük Gilətağ, Dərə Gilətağ, Ağakişilər, Ağbiz, İsgəndərbəyli, Şamlı) – 6
  22. Muğanlı (Muğanlı, Aladin, Mirzəhəsənli, Vənədli) – 4

Xatırladım ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanunun 13-2.1. maddəsinə görə “İnzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin həlli qaydasında ərazi vahidlərinin inzibati tabeliyinin dəyişdirilməsi, ərazi vahidlərinin qeydə alınması, birləşdirilməsi, inzibati tabeliyinin dəyişdirilməsi, onlara ad verilməsi və ya adlarının dəyişdirilməsi halları istisna olmaqla, ərazi vahidləri qeydə alındıqda, birləşdikdə, inzibati tabeliyi dəyişdirildikdə, onlara ad verildikdə və ya adları dəyişdirildikdə hər bir ərazi vahidinin ərazisində yaşayan və səsvermə hüququna malik olan vətəndaşların azı 25 faizinin müvafiq məsələyə münasibət bildirməsini təmin edən yığıncaq (yığıncaqlar) keçirilir.”
Qanunun 13-2.2. maddəsinə görə, “Yığıncaqda (yığıncaqlarda) iştirak etmiş vətəndaşların yarısından çoxu ərazi vahidinin qeydə alınmasının, birləşməsinin, inzibati tabeliyinin dəyişdirilməsinin, ərazi vahidinə ad verilməsinin və ya onun adının dəyişdirilməsinin “lehinə” səs verdikdə müvafiq qərar qəbul edilir.”
Qarabağ erməniləri ilə infrastruktur və digər məsələlərin müzakirəsinə hazır olduğunu bəyan edən Azərbaycan hakimiyyəti təəssüf ki, eyni yanaşmanı məcburi köçkünlərə münasibətdə sərgiləmir, onlarla nə yaşayış məntəqələrinin birləşdirilməsi, nə də mülkiyyət hüquqlarının bərpası müzakirə olunur.