Navalnı kələm araşdırmasından sonra yenidən ‘kars’a salınıb

Rusiyada həbsdə olan müxalifətçi Aleksey Navalnı 15 günlük cərimə kamerası cəzasını bitirəndən üç gün sonra yenidən “çox ağır şəraitli” izolyatora salındığını deyir.

Navalnı aprelin 11-də yenidən 15 günlük “karser” cəzasına məhkum olunduğunu bildirib. Bundan bir gün öncə isə onun tərəfdarları Rusiya penitensiar xidmətinin kələm satınalması üzrə araşdırma yayıb. Araşdırmada deyilir ki, korrupsioner həbsxana rəsmiləri kələmi şişirdilmiş qiymətə alır, pulu mənimsəyirlər.

“Yayda kələmin kilosunun topdansatış qiyməti 6 rubl idi. Federal Penitensiar Xidmət isə onu təsəvvür edilməz miqdarda, kilosu 27.50 rubla alıb”, – Navalnı Twitter-də yazıb. O, kələmin ölkədəki 400 min məhkumun əsas qida rasionu olduğunu qeyd edib.

Azadlıq radiosu