Deputata sui-qəsdlə bağlı saxlanıdlığı bildirilən İlkin Süleymanova qarşı narkotik ittihamı irəli sürülüb


ENRU  2023   2022   2021   2020   2019   2018   2017   2016   2015   2014   2013   2012   2011   2010   2009   2008   2007   2006   2005   2004   2003   2002   2001   2000   1999   1998   1997   1996   1995   1994   1993   1992   1991        HƏR YERDƏ AXTAR     Siyasət     İqtisadiyyat     Maliyyə     Enerqetika     Analitika     İcmallar (Bazarların icmalı, İqtisadiyyat icmalı, Siyasi monitorinqi)     Mövqe (Müsahibə, Deməyə sözüm var, ÇƏTİN SUAL, Tanımalı Azərilər)     Cəmiyyət (Cəmiyyət, Mədəniyyət, Dünyada)     Multimedia (Foto sessiyalar, Aktual reportaj, Tanimali Azərilər)      VƏ     YA     İFADƏ Search

TURAN NEWS AGENCY
www.turan.az
Subscribe to © Turan News Agency by Email
We are on the TWITTER
We are on the FACEBOOK
We are on the TELEGRAM
We are on the YOUTUBE
We are on the INSTAGRAM
Our email
Send link by Whatsapp
Send link by Viber
Send link by Telegram
Send link by LINE
Send link by Skype
Send link by Facebook messenger
Copy link

Açiq mənbələrdən foto.Açiq mənbələrdən foto.

Mediada deputata sui-qəsdlə bağlı saxlanıdlığı bildirilən İlkin Süleymanova qarşı narkotik ittihamı irəli sürülüb

Cəmiyyət 
2023 Aprel 06 ( Cümə axşamı )  10:57:48

English Русский 

Bakı/06.04.23/Turan: Mediada bir neçə gün əvvəl Milli Məclisin deputatı Fazil Mustafaya silahlı hücumda şübhəli şəxs kimi təqdim edilən İlkin Süleymanovu narkotiklərin satışında ittiham edirlər. Bu barədə Turan-a İlkin Süleymanovun əmisi Elnur Süleymanov məlumat verib.

Süleymanov qeyd edib ki, qardaşı oğlu aprelin 2-də saxlanılıb.

“Saytlar paylaşıblar ki, Fazil Mustafaya sui-qəsddə 6 nəfər ittiham olunur, köməkçilərdən biri də İlkindir. Ancaq biz bunu qəbul etmirik və bu, qeyri-mümkündür. Deyirlər ki, hadisə martın 28-də saat 21 radələrində olub, amma İlkinin Xocasən qəsəbəsində 20.15-də müşahidə kamerasında görüntüləri var, çörək alıb evə gedir. Bu mümkündür ki, fiziki olaraq o, özünü saat 21 üçün Zabrata çatdırsın?”.

O qeyd edib ki, İlkin Süleymanovun harada olduğu barədə 3 gün məlumat ala bilmirdilər.

“Yalnız dünən axşam bizə zəng gəldi, həmin şəxsə İlkin nömrə verib ki, bizə zəng vursun desin ki, narahat olmayaq, Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma yerində saxlanılır, amma işinə Binəqədi Rayon Polis İdarəsində baxılır”.

Süleymanovun sözlərinə görə, bir müddət əvvəl dövlət tərəfindən İlkin Süleymanova təyin olunan vəkil onlarla əlaqə saxlayaraq onun Cinayət Məcəlləsinin 234.4.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) və 234.4.3 (Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda satma) maddələri ilə ittiham olunur.

“Biz bu ittihamların heç biri ilə razılaşmırıq və qəbul etmirik. Əgər bu adamın günahı varsa, qanun qarşısında biz kimik ki, nəsə deyək? Ancaq onun qətiyyən narkotikə aidiyyəti yoxdur. Aparsınlar, yoxlasınlar, qanında narkotik var? Qətiyyən mümkün deyil. İlkin sadəcə dindar olduğuna görə belə məsələlərdə ittiham olunur”.

Vəkil Zibeydə Sadıqova bildirib ki, 2 gün bütün aidiyyəti qurumlara müraciət etsə də, müvəkkili İlkin Süleymanovu tapa bilmirdi.

“Yalnız dünən gecə Süleymanov İlkin Elçin oğlunun yerini müəyyən etdik. Nərimanov RPİ MSY-də saxlanılır. Cinayət işini Binəqədi RPİ başlayıb. Sadəcə Binəqədi RPİ-nin MSY-də təmir işləri getdiyi üçün təqsirləndirilən şəxsləri başqa MSY-də saxlayırlar. Davamlı olaraq 102 Xidməti və Ombudsman Aparatının qaynar xətti olan 916 xidməti ilə danışıb, yerini müəyyən etmək üçün kömək etmələrini istəsəm də, heç bir qurum bu işdə köməklik etmədi”.

Vəkil qeyd edib ki, aprelin 3-də səhər saatlarında Nərimanov Rayon Polis İdarəsinə müraciət edib.

“Dedilər ki, bizdə yoxdur. Binəqədi rayon polis bölmələrindən də mənə İlkin Süleymanovun onlara daxil olmadığını dedilər. Ombudsman Aparatına təkrar müraciət etmişəm, dedilər axtarırıq, sonra  da mənə zəng vurub “tapmısız?” deyib sual veriblər. Axır ki, gecə məlum olub ki, İlkin Süleymanov Nərimanov Rayon Polis İdarəsindədir”.

Sadıqovanın sözlərinə görə, bu gün də bütün cəhdlərə baxmayaraq, öz müvəkkili ilə görüşə bilməyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turan-a bildirilib ki, İlkin Süleymanovla bağlı cinayət işi var.

“İstintaq hərəkətləri aparıldığı üçün əlavə məlumat vermək səlahiyyətimiz yoxdur”, deyə o qeyd edib. 

Contact.az