İrtica heç vaxt sabitliyin mexaniki davamı ola bilmir

İrtica sanki sərhədlərindən kənara çıxmış cəmiyyəti həmişəki, yarıyuxulu vəziyyətə, şəxsi işlərə və tam kollektiv zəifliyə qaytarır.

Əlbəttə, bütün dövrlərdə irticanın yaradıcıları öz vəzifələrini elə bunda görürlər – hər kəsi yerinə qaytarmaq, elə etmək ki sanki heç nə baş verməyib. Lakin praktiki olaraq onu heç vaxt ideal həll etmək mümkün olmayıb. Minlərlə insanın beynindən siyasətə girmək kimi unikal təcrübəni silmək üçün hətta bu yaxınlarda “sabitlik dövründə” belə təsəvvür edilməyəcək qədər zorakılıq tətbiq etmək lazımdır. İrtica dövrləri keçmişi qaytarmır, onlar daha qısa və amansız olurlar.

İrtica heç vaxt sabitliyin mexaniki davamı ola bilmir, sistemin dərin daxili böhranını uğursuz yüksəlişləridən daha çox bütün çılpaqlığı ilə ortaya qoyur.

Heç nə əvvəlki kimi deyil – təbliğat boruları daha əvvəlki kimi şən çalmır, siyasətlə maraqlanmayan hedonizm öz cazibədarlığını itirir, sadə vətəndaşların sabaha olan itaətkar inamı – rəhbər elitanın əsas ideoloji üstünlüyü – yavaş-yavaş şübhə altına düşür.

İrticaçılara elə gəlir ki, onlar vəziyyəti idarə edirlər. Amma əslində tarixin bu qəribə və iyrənc dövrlərində daxili məntiqin əsirinə çevrilirlər. Onlar lazım olan anda arxaya ehtiyatlı addım atmaq üçün manevr azadlığından tam məhrum olurlar. Mürtəce taleləri ucbatından onlar daha zavallı və daha təhlükəli olurlar.

Ilya Budraitskis
Siyasi şərhçi, sosioloq