Nazirlikdəki insidentə görə cəbhəçi polisə aparıldığını deyir

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Elnur Rüstəmov cinayət işinə cəlb edildiyini bildirir.

Rüstəmov Azadlıq Radiosuna deyib ki, İkinci Qarabağ savaşında iştirak edib, lakin ona bu status verilmir: “Müraciətimə haqsız olaraq imtina gəlib, mən də bu qərara etiraz etmək üçün dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmişəm. Dünən, martın 28-də də gedəndə məni “iş təklif edəcəyik” deyib aldatdılar. Mülki maşına mindirdilər və Yasamal rayonun 26-cı polis bölməsinə apardılar”.

Azadlıq radiosu