3 günə 4 min manat pul yığılıb; “Azadlıq” da kampaniyaya qoşuldu
Almaniya, Türkiyə, Rusiya, Kanada və digər ölkələrdə də “5 qəpik” kampaniyasına dəstək üçün ianə toplanır
Yanvarın 12-də əsgər ölümlərinə qarşı etiraz aksiyasında iştiraka görə cərimə olunmuş gənc fəalların xeyrinə “5 qəpik” kampaniyasına ölkənin tanınmış vəkilləri, hüquq müdafiəçiləri, gənc aktivistlər və sadə vətəndaşlar da qoşulub.
Üç gün ərzində 3913 manat 8 qəpik ianə toplanıb. Kampaniyaya qoşulanların əksəriyyəti gənclərdir.
Almaniya, Türkiyə, Rusiya, Kanada və digər ölkələrdə də kampaniyaya dəstək üçün ianə toplanır. Almaniyada yaşayan gənc fəallar artıq 3 gün ərzində 315 avro toplayıblar.
Ötən gün “Azadlıq” qəzeti də bu kampaniyaya qoşulub. Redaksiya kollektivi qəpik və manatlarla yardım edərək gənclərlə həmrəy olduğunu nümayiş etdirib.
Qeyd edək ki, kampaniya hər gün saat 20.00-a kimi davam edir. İanələr “Müsbət Dəyişiklik” Gənclər Hərəkatının ofisində və bank vasitəsi ilə toplanır.
Toplanan ianələrlə bağlı hər gün hesabat verilir.
Kampaniyaya dəstək üçün: M.Muxtarov, 149 ünvanında (Nizami metrosu yaxınlığında) yerləşən “Müsbət Dəyişikliklər” Gənclər Hərəkatının ofisinə gələrək 1, 3, 5, 10, 20, 30, 50 manatla və ya 5 qəpiklərlə ianə verə bilərlər. Ən çox 50 AZN dəstək verə bilər. Pullar cərimə kimi ödənilməli olsa, qəpiyə çevriləcək. Cərimə ödənməsə, manat kimi şəhid əsgər ailələrinə yardım kimi veriləcək. Ianələrin şəffaflığı üçün doldurulan formalardakı məlumatlar hər gün elan ediləcək.
Bank vasitəsilə kömək etmək üçün bu hesaba Mustafayev Tehran Telman oğlu – Bank Respublika Hesab (IBAN) AZ75BRES00381184000729625601 (SWIFT – BRESAZ22) pul köçürülməsi mümkündür.
Qeyd ed’k ki, hazırda Almaniya, Türkiyə, Rusiya, Kanada və digər ölkələrdə də “5 qəpik” kampaniyasına dəstək üçün ianə toplanır. Almaniyada yaşayan gənc fəallar artıq 2 gün ərzində 315 Avro toplayıb.
Kampaniya yanvarın 27-dək davam edəcək.
Ramin DEKO