Alen Simonyan Moskvanı ‘bir az sakit olmağa’ çağırıb

Ermənistan və Azərbaycan sülh müqaviləsinin 3-4 maddəsi üzrə hələ ki razılığa gələ bilməyiblər.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu fevralın 28-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan deyib.

O əlavə edib ki, bəzi təkliflər üzrə tərəflər arasında konsensus var.

Parlamentin spikeri söhbətin hansı bəndlərdən getdiyinə aydınlıq gətirməyib.

O yalnız bunu deyib ki, “beynəlxalq aləmdə tanınmış prinsipləri” nəzərdə tutur:

“Belə ola bilməz ki, 10 bəndin 10-u barəsində də fikir ayrılığı olsun. 3-4 bənd üzrə fikir ayrılığı var”.

Ermənistanın sülh müqaviləsini imzalamağa hazır olduğunu deyən Simonyan vurğulayıb ki, buna Azərbaycanın yeni-yeni təkliflər irəli sürməsi və sərhəddəki təxribatlar mane olur.

Azadlıq radiosu