Bakıda əsgər güllələndi

Bakının Xəzər rayonu ərazisində əsgər güllə yarası alıb. ANS PRESS-in məlumatına görə, Şüvəlan qəsəbəsi ərazisində N saylı hərbi hissədə xidmət çəkən 18 yaşlı Sübhan Mahmudlu güllələnib. Yaralı dərhal 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib. Əsgərin qarın boşluğundan güllə yarası aldığı bildirilir.

Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, xəstənin vəziyyəti ağırdır. Hazırda Sübhan Mahmudlu cərrahiyyə olunur.

Hadisə Ədliyyə Nazirliyinin balansındakı alayda baş verib. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən ANS PRESS-ə verilən açıqlamada hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilib.