Azərbaycanda karantin yenə uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb. Bununla bağlı bu gün, fevralın 21-də Nazirlər Kabineti qərar verib.

Qərarda qeyd edilib ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin müddəti mayın 1-i saat 06:00-dək uzadılıb.

Bundan əvvəl bu müddət martın 1-i saat 06:00-da başa çatırdı.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin aprelindən karantin rejimi hökm sürür. Yoluxma sayından asılı olaraq zaman-zaman rejim sərtləşdirilsə də, sonra yumşaldılıb.

Azadlıq radiosu