Türkiyə və Suriyanın sərhəd regionunda fevralın 20-də baş vermiş yeraltı təkanlar altı nəfərin həyatına son qoyub. İki həftə öncə baş vermiş güclü zəlzələdə ölü sayı isə 47 mini keçib, yüzminlərlə ev dağılıb.
Bazar ertəsi 6.4 bal gücündə zəlzələ Türkiyənin Antakya şəhəri yaxınlığında olub, Suriya, Misir və Livanda hiss edilib.
Bundan sonra 90 afterşokun baş verdiyi bildirilir. Məlumatı Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.
“Elə bildim, ayağımın altında yer yarılacaq”, –yeddi yaşlı oğlunun əlini tutmuş Muna Əl-Omar deyib. Qadın birinci zəlzələdən sonra evindən çıxmalı olub, Antakyada parkda bir çadırda qalır.
Azadlıq radiosu