Anti-Mehdiyev kampaniyasına mütəllibovçular da qoşuldu

ramiz mehdiyevMütəllibova yaxın eks-deputatlar Əliyevi Ramiz Mehdiyevin əməllərini araşdırmağa çağırdı

«Onun işinin diqqətlə araşdırılması yüksək vəzifə sayəsində gizlədə bildiyi çox şeyin üstünü açacaq»

Son aylar hakimiyyətdəki Paşayevlər qruplaşmasıyla qarşıdurmada olan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı daha bir cəbhə açıldı. Dünən 1990-1995-ci illər Azərbaycan parlamentinin deputatları olmuş və əsasən Ayaz Mütəllibova yaxınlığıyla tanınan deputatlar toplantı keçiriblər.
Toplantıda keçmiş deputatlar Ramiz Mehdiyevi Kommunist Partiyasından keçmiş həmkarları ilə şəxsi məsələlərini həll etməkdə ittiham ediblər. Söhbət 80-ci illərin sonlarında onu Azərbaycan KP MK-nın ideologiya üzrə katibi vəzifəsindən kənarlaşdıran şəxslərdən gedir.
Onlar deyiblər ki, Mehdiyev kadr siyasətində yerlibazlığa (naxçıvanlaşdırma), qohumbazlığa görə istefaya göndərlimişdir. Keçmiş deputatlar hesab edirlər ki, sonrakı çağırışlarda olan deputatların aldığı min manata yaxın təqaüdün onlara da təyin edilməsinə məhz Mehdiyev mane olur.
Eks-deputatlar Əliyevi “Gülərgeyt” korrupsiya qalmaqalı zamanı Mehdiyevə qarşı irəli sürülmüş ittihamlar üzrə xidməti və cinayət təhqiqatı aparmağa çağırıblar.
Keçmiş deputatlardan biri qeyd edib ki, Mehdiyevin işinin diqqətlə araşdırılması onun yüksək vəzifə sayəsində gizlədə bildiyi çox şeyin üstünü açacaq.
Bununla əlaqədar olaraq keçmiş deputatlar prezident Ilham Əliyevə xüsusi məktubla müraciət etməyi qərara alıblar.
Bundan başqa, eks-deputatlar hesab edirlər ki, qarşıda duran prezident seçkiləri böyük sosial problemə diqqət cəlb etmək üçün əlverişli şərait yaradacaq.
Keçmiş deputatların daim fəaliyyət göstərən yığıncağı qanuni tələblərinin təmin edilməsi, ölkənin bütün kateqoriyalara aid təqaüdçülərin sosial hüquqlarının müdafiəsi üzrə işi fəallaşdırmağı zəruri hesab edir.