Qvardiola “Bavariya”nı çalışdıracaq

“Barselona” klubunun keçmiş baş məşqçisi Xosep Qvardiola Münhenin “Bavariya” klubu ilə üç illik müqavilə imzalayıb.
Hazırda klubun baş məşqçisi olan Yupp Xaynkes mövsümün sonuna qədər öz postunda qalacaq. Yeni mövsümdən isə klubu Qvardiola çalışdıracaq. Bu barədə “Bavariya” klubunun rəsmi saytı məlumat verib. 

Xatırladaq ki, ötən il məşqçilik karyerasına bir illik fasilə verən Qvardiolanı bir çox klublar, əsasən də İngiltərə komandaları əməkdaşlığa cəlb etmək istəyirdi.

“Azadlıq.info”