Əliyev beynəlxalq təşkilata qarşı kampaniya başladır

Yeni Azərbaycan Partiyasının üzvü olan məktəb direktorları, dərs hissə müdirləri və informatika müəllimlərinə yanvarın 15-də mərkəzləşdirilmiş qaydada təlimat göndərilib ki, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi (OCCRP) xarici qeyri-hökumət təşkilatına və “Azad Avropa” radiostansiyasına qarşı “zəhmətkeş məktubları” təşkil olunsun. Səbəb OCCRP-nin ölkə başçısı İlham Əliyevi 2012-ci il üzrə “İlin korrupsioneri”elan etməsidir.
Bu barədə “Turan” agentliyi məlumat yayıb.
Məlumatda deyilir ki, təlimata əsasən OCCRP və “Azad Avropa”ya etirazla yanaşı YAP-a və hökumətə təşəkkür bildirən, “düşmən dəyirmanına su tökənləri”, “dünya erməniləri ilə əlbir olanları” pisləyən məktublar da hazırlanmalıdır.
Təlimatçılar məktubların göndərilməsi üçün elektron ünvanlar da veriblər – drew@occrp.org, levisonya@rferl.org, zvanersma@rferl.org, info@iftf.org.