AXCP daha bir sorğuda birinci oldu

“Media forum” saytı “Prezident seçkisində hansı müxalifət partiyasının namizədinə dəstək verərdiniz” sualı ilə keçirdiyi internet sorğusunu yekunlaşdırıb.
Siyahıda dövlət qeydiyyatından keçmiş müxalif partiyalardan 15-nin adı yer alıb. Adı siyahıda olmayan partiyaya dəstək vermək fikri olan oxucular sorğunun “Başqa partiya” bölümü üzrə səs verib.
Ümumilikdə 2503 dəfə səs verilmiş sorğuda birinci yeri AXCP tutub –
34.08% (853 səs).
AXCP-dən sonra Ümid Partiyası – 31.48% (788 səs), VİP – 11.31% (283 səs) və Müsavat Partiyası – 10.15% (254 səs) gəlir.
Qalan partiyalara verilən səs faizləri xeyli aşağı olub (1-4% arası).