Hakimiyyət komandası çətin seçim qarşısında

aliyev musavire2İqtidarda «Ramiz Mehdiyev-Əli Əsədov dilemması» yaranıb

Fəaliyyətøi dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin video fırtınası ilə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı iqtidardakı rəqibləri tərəfindən başlanan hücum bütövlükdə hakimiyyət komandasını çıxılmaz duruma salıb. Hələ ötən saylarımızda məlumat vermişdik ki, Ramiz Mehdiyevə müavinlərin təyin edilməsindən sonra YAP-ın onun nəzarətindən çıxarılması istiqamətində addımlar atılmağa başlayıb.
Hakim partiyanın kurasiya edilməsi prezidentin iqtisadi məsələlər üzrə köməkçisi, eyni zamanda Ramiz Mehdiyevin müavini Əli Əsədova tapşırılıb. Milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu olan Əli Əsədov PA rəhbərinə əks mövqedə dayanan Paşayevlər qruplaşmasının üzvü hesab edilir. Bu baxımdan YAP-ın onun ixtiyarına verilməsi hakim partiyada ikitirəliyə səbəb olub. YAP-dakı Mehdiyevçilər Əli Əsədovun kuratorluğunu qəbul etmək niyyətində deyillər. Ramiz Mehdiyevin özü də hakim partiyanı əldən verməməkdə israrlıdır.
Dünən əldə etdiyimiz məlumatlara görə, bu savaş bir sıra YAP-çıları və məmurları çətin vəziyyətə salıb. Hazırki sitiuasiya konkret mövqe sərgiləməyi tələb etsə də, onlar Əli Əsədovla Ramiz Mehdiyev arasında seçim etməyə çətinlik çəkirlər. Məlumatlara görə, həmin YAP-çılar və məmurlar Ilham Əliyevin bu məsələ ilə, ümumiyyətlə Paşayevlərlə Ramiz Mehdiyev arasında gedən amansız savaşla bağlı mövqeyini gözləyirlər. Ilham Əliyev isə hələki tələsmir.