İsveçdə, Stockholm şəhəri yaxınlığında süpürgəçi qadın yerli qatarı qaçırdığı, sonra isə onu yaşayış binasına vurduğu üçün həbs olunub.
Qatar yüksək sürətlə gecə saat 1.30-da yaşayış binasına çırpılıb və bir adam zədələnib. Qatarı onu qatar deposunda işləyərkən oğurlamış süpürgəçi qadın idarə edirmiş. Onun özü qəza zamanı ciddi xəsarət alıb və xəstəxanaya aparılıb.
O, ictimaiyyəti “təhlükəyə ataraq dağıntı yaratdığı üçün” həbs altındadır. İsveç mediası yazır ki, qadın qatarı oğurlayanda onun içi böş olub. Qatar üç mənzili olan binanın birinci mərtəbəsində mətbəxə girib.
Expressen qəzeti yazır ki, qəza zamanı binada beş sakin olub. Onlardan heç biri zədə almayıb.