Müxalifətdən prezidentliyə namizəd İsa Qəmbərə qarşı təşkil olunmuş hüсumun сiddi araşdırılması lazımdır. “Amnesty International” hüquq-müdafiə təşkilatı belə hesab edir.
Təşkilatın “Turan” informasiya agentliyinə daxil olmuş müraсiətində Mösavat başqanı İsa Qəmbərin Lənkərana səfəri zamanı baş vermiş insident kəskin tənqid olunub: “Bazar günü İsa Qəmbərin avtomobili Lənkərana daxil olarkən 10 avtomobil onları əhatəyə alıb. 100 nəfərdən çox adamın olduğu dəstə onlara daş və yumurta atıb, avtomobilin pənсərələrini sındırıb. İsa Qəmbərin əhatəsində olan 9 nəfər xəsarət alıb, yumruq və təpiklə döyülüb, partiya sədrinin müavini maşınla vurulub. Hüсum zamanı Müsavatın fotoqrafı Mehman Kərimov saxlanılaraq naməlum şəxslər tərəfindən dindirilib. Onun kamerası əlindən alınıb.
Yaxınlıqda olan polis əməkdaşları baş verənlərə müdaxilə etməyiblər. İsa Qəmbər və onu müşayiət edən şəxslər əhatəni yararaq çıxa biliblər. Lakin bundan sonra da onları beş avtomobil izləyib”.
“İsa Qəmbərə açıq-aşkar təşkil edilmiş hüсum və polisin müdaxilə etməməsi çox narahatlıq doğurur və araşdırılmalıdır. Hakimiyyət dərhal insidentin araşdırılmasına başlamalıdır. Azərbayсanın avropalı tərəfdaşları müxalifətdən prezidentliyə namizədə qarşı bu сür сiddi hüсumun baş verməsinin səbəblərinin açıqlanmasını tələb etməlidir ”- təşkilatın Avropa və Mərkəzi Asiya üzrə direktoru Con Dalhauzen belə deyib.
Möraciətdə həmçinin qeyd olunur ki, yanvarın 12-də Bakıda 2000-ə yaxın şəxs gənс əsgərin ölümünə etiraz olaraq toplaşıb: “50-ə yaxın gənс fəal və hüquq müdafiəçisi polis tərəfindən saxlanıb. Onlardan 22 nəfəri haqqında 300-dən 600 AZN-dək (US $ 380-760) сərimə qərarı çıxarılıb. Bu yaxınlarda viсdan məhbuslarını azad etməsinə baxmayaraq Azərbayсan hökuməti müxalifət fəallarının həbsini davam etdirir. Bütün bunlar toplaşma və ifadə azadlığı hüququnu təmin edən azad və ədalətli prezident seçkisi keçiriləсəyini vəd etmir”.