Yaponiyalı alimlərin yeni ixtirası mobil telefonlara enerjini paltardan almağa imkan verəcək. Rusiya mətbuatının yazdığına görə, Yaponiyada mobil telefonun batareyasını doldura biləcək parça yaradılıb. Geyim öz növbəsində enerjini günəş şüalarından alır. Telefonun batareyasını doldurmaq üçün onu paltara yaxınlaşdırıb, daha sonra isə paltarın “işə salmaq” düyməsini basaraq telefonunu geyiminə qoşacaq. Hələ üzərində xeyli iş aparılmalı olan bu parça satışa çıxarılmayıb, Amma artıq mobil telefon istehsal edən şirkətlərin nümayəndələri onu icad edən alimlərlə əlaqə saxlayıb.
Mobil telefonlar enerjini paltardan alacaq
•
•