AXCP sədri Əli Kərimli 12 yanvar aksiyasının nəzarət altına alınmış iştirakçılarının cərimələnməsinə münasibət bildirib. O, “Amerikanın səsi” radiosuna müsahibəsində deyib:
“Ümumilli tələblər və məqsədlərlə keçirilmiş, olduqca humanist, millətə lazım olan bir aksiyaya qarşı görünməmiş şərtlik nümayiş etdirilib. Əksəriyyəti gənc olan, işsiz olan bu insanların 600 manat cərimələnməsi nə deməkdir? Onlar heç hökumətə qarşı bir şüar belə səsləndirməmişdi. Onlar əsgər ölümlərinə, qanunsuzluqlara son qoyulmadını istəmişdi. Kim buna qarşıdır? Kimin mənafeyinə ziddir bu şüarlar? Azərbaycan hökumətinin belə qəddar, sərt rəftarının kökünü 12 yanvar aksiyasının uğurlarında axtarmaq lazımdır. Aksiya dünya görüşündən fərqli olmayaraq, ən müxtəlif siyasi spektlərə aid olan gəncləri bir tələb, bir məqsədlə bir araya gətirib.”