AXCP Müsavat rəhbərliyinə qarşı zorakılığı pislədi

Azərbaycan Xalq Cəbhəsi Partiyası Müsavat rəhbərliyinə hücumla bağlı bəyanat verib

Bəyanatda deyilir:

Bu gün zona müşavirəsində iştirak etmək üçün Lənkəran şəhərinə gedən Müsavat başqanı İsa Qəmbər və onu müşayət edən şəxslər öyərədilmiş adamların hücumuna məruz qalıb.
Hakimiyyətin əlaltısı olduğu şübhə doğurmayan adamlar Müsavat başqanın avtomobilini zədələyib, onunla birgə olan şəxsərə, hadisəni işıqlandıran jurnalist qarşı zorakılıq ediblər. İnsidentə heç bir polis müdaxiləsinin olmaması hadisənin öncədən xüsusi planlaşdırılması qənayətini daha da gücləndirir
AXCP baş verən bu hadisəni ayrı-ayrı şəxlərin özfaəliyyəti kimi deyil, hakimiyyətin özbaşınalığı kimi dəyərləndirir.
AXCP dövlət səviyyəsində siyasi rəqiblərə qarşı planlaşdırılan və həyata keçirən bu cür ləyaqətsiz hərəkətləri kəskin pisləyərək bəyan edir ki, cəmiyyətin tanınmış şəxslərinə qarşı alçaq metodlarla davranış hakimiyyətin özünə də vaxtı gələcək vəd etmir.
AXCP Müsavat partiyasına qarşı törədilən cinayətin müəllifinin hakimiyyət olduğunu bir daha vurğulayaraq, Əliyevçi rejimdən məsuliyyətli olmağı; siyasi rəqiblərlə qanun və etika çərçivəsində davranmağı, ölkədə cəngəllik qaydalarına nəhayət son qoymağı tələb edir.

13 yanvar, 2013 Bakı