Apellyasiya Məhkəməsi Akif Çovdarova bəraət vermək qərarına gəlib?


ENRU  2022   2021   2020   2019   2018   2017   2016   2015   2014   2013   2012   2011   2010   2009   2008   2007   2006   2005   2004   2003   2002   2001   2000   1999   1998   1997   1996   1995   1994   1993   1992   1991         HƏR YERDƏ AXTAR     Siyasət     İqtisadiyyat     Maliyyə     Enerqetika     Analitika     İcmallar (Bazarların icmalı, İqtisadiyyat icmalı, Siyasi monitorinqi)     Mövqe (Müsahibə, Deməyə sözüm var, ÇƏTİN SUAL, Tanımalı Azərilər)     Cəmiyyət (Cəmiyyət, Mədəniyyət, Dünyada)     Multimedia (Foto sessiyalar, Aktual reportaj, Tanimali Azərilər)      VƏ     YA     İFADƏ Search

https://turan.az
Subscribe to © Turan News Agency by Email
We are on the TWITTER
We are on the FACEBOOK
We are on the TELEGRAM
We are on the YOUTUBE
We are on the INSTAGRAM
Our email
Send link by Whatsapp
Send link by Viber
Send link by Telegram
Send link by LINE
Send link by Skype
Send link by Facebook messenger
Copy link

Açiq mənbələrdən foto.Açiq mənbələrdən foto.

Apellyasiya Məhkəməsi Akif Çovdarova bəraət vermək qərarına gəlib?

Siyasət 
2022 Dekabr 29 ( Cümə axşamı )  13:22:22

English Русский 

Bakı/29.12.22/Turan: Dekabrın 28-də Habil Məmmədovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsi Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsinin keçmiş rəisi Akif Çovdarov və onun əməkdaşı Səlim Məmmədovun işi üzrə birinci instansiya məhkəməsinin qərarlarını dəyişdirib. Qəbul edilmiş qərara əsasən, birinci instansiya məhkəməsinin cinayət yolu ilə əldə edilmiş əmlak kimi müsadirə etdiyi çoxmilyonluq daşınmaz əmlak bu şəxslərə qaytarılacaq.

Apellyasiya Məhkəməsindən Turan Agentliyinə bu qərarın təfərrüatını açıqlamaqdan imtina ediblər, “rəhbərliyin buna icazə vermədiyini” bildiriblər. Bu məlumatlar yalnız işin tərəflərinə və onların vəkillərinə verilir, deyə məhkəmənin dəftərxanasından bildiriblər.

Öz növbəsində, Baş Prokurorluğun mətbuat xidmətindən bu qərardan etiraz verilib-verilməyəcəyi haqqında məlumata malik olmadıqlarını bildiriblər.

Xatırladaq ki, söhbət Bakıda, Abşeronda və ölkənin rayonlarında ticarət mərkəzi, villalar, torpaq sahələri, mənzillər, qeyri-yaşayış binalarından gedir.

Apellyasiya Məhkəməsinin qərarı ilə tanış olmadan bu çoxmilyonluq əmlakın həbsdə olan Çovdarova qaytarılması haqqında məlumatın nə dərəcədə doğru olduğunu demək çətindir.

Amma söhbət bu 50 daşınmaz əmlak obyektinin kiçik bir hissəsindən belə gedirsə, bu, Çovdarova qarşı ləğv olunmayan, onun varlanmaq üçün reketliklə pul tələb etməklə, sahibkarları oğurlamaqla məşğul olduğuna dair ittihamlarla ziddiyyət təşkil edir.

Xatırladaq ki, 2015-ci ildə Baş Prokurorluq Milli Təhlükəsizlik Nazirliyinin (elə həmin il ləğv olunub) 20-dən çox zabitinə qarşı cinayət işi açıb.

Söhbət MTN-in yüksək vəzifəli şəxsləri tərəfindən kütləvi sui-istifadə, vəzifə səlahiyyətlərinin aşılması faktlarından gedir. 2017-ci ildə MTN zabitlərinin qanunsuz yollarla əldə etdiyi 50 milyon manat dəyərində əmlaka həbs qoyulub.

Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə mütəşəkkil qrup tərəfindən külli miqdarda mənimsəmə, mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədilə törədilən quldurluq, külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə, qanunsuz olaraq silah saxlama, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, mütəşəkkil dəstə tərəfindən külli miqdarda rüşvət alma, sənədləri saxtalaşdırma və Azərbaycan CM-in digər maddələri ilə ittiham olunaraq həbs ediliblər.

Akif Çovdarov əmlakı müsadirə edilməklə 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. 

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzaladığı əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.

2021-ci ilin dekabr ayında Ali Məhkəmə Akif Çovdarov və Səlim Məmmədovun müsadirə olunmuş əmlakları ilə bağlı qərar elan edib. Qərara əsasən, iş yenidən araşdırılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. 

Contact.az