İranlı siyasi məhbus BMT-yə səs mesajı göndərib

İranlı siyasi məhbus BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cəvaid Rəhmana həbsxanada ona verilmiş işgəncələr barədə səs mesajı göndərib.

Keçmiş kulturizm çempionu Xalid Pirzadə 2019-cu ilin iyunundan bəri Əhvaz Mərkəzi Həbsxanasında saxlanır.

O Cəvaid Rəhmana mesajında bildirir ki, onunla qəddar rəftar nəticəsində çoxsaylı bədən xəsarətləri alıb.

Pirzadə deyib ki, İran hakimiyyətinin insan haqları haqqında dediyi böyük yalandır:

“Mən sizinlə İrandakı zülm və tiraniya məhbəsindən danışıram. İslam Respublikasının qəddar agentlərinin mənə vurduğu xəsarətlərə görə 16 aydan çoxdur ki, Əhvaz Mərkəzi Həbsxanasının xəstəxanasındayam”.

Azadlıq radiosu