AŞPA həmməruzəçiləri Laçın dəhlizini açmağa çağırırlar
AŞPA-nın Azərbaycan və Ermənsitan üzrə həmməruzəçiləri Laçın dəhlizi ilə hərəkət azadlığının bərpasına çağırıblar.
AŞPA-nın Azərbaycan və Ermənistan üzrə dörd həmməruzəçisinin 16 dekabr tarixli birgə bəyanatında deyilir:
“Biz Laçın dəhlizində azad hərəkətin dayanmasından və bunun əhali üçün nəzərəçarpacaq çətinlik yaratmasından dərin narahatlıq keçiririk”.
Azərbaycan üzrə həmməruzəçilər – britaniyalı İan Liddel-Qrangerin (Ian Liddell-Granger) və norveçli Liz Kristoffersenin (Lise Christoffersen), habelə Ermənistan üzrə həmməruzəçilər – finlandiyalı Kimmo Kulyunen (Kimmo Kiljunen) və isveçli Boryana Aberqin (Boriana Åberg) bəyanatında deyilir ki, hazırda davam edən situasiya və Ermənistanla Azərbaycan arasında uzunmüddətli sülhlə bağlı məsələlər dekabrın 15-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar (Toivo Klaar) və ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bris Rokfeylin (Brice Roquefeuille) iştirakı ilə AŞPA-nın Monitorinq Komitəsində müzakirə olunub.
Azadlıq radiosu