Apellyasiya Məhkəməsi Gülalıyevin işi üzrə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb


ENRU  2022   2021   2020   2019   2018   2017   2016   2015   2014   2013   2012   2011   2010   2009   2008   2007   2006   2005   2004   2003   2002   2001   2000   1999   1998   1997   1996   1995   1994   1993   1992   1991         HƏR YERDƏ AXTAR     Siyasət     İqtisadiyyat     Maliyyə     Enerqetika     Analitika     İcmallar (Bazarların icmalı, İqtisadiyyat icmalı, Siyasi monitorinqi)     Mövqe (Müsahibə, Deməyə sözüm var, ÇƏTİN SUAL, Tanımalı Azərilər)     Cəmiyyət (Cəmiyyət, Mədəniyyət, Dünyada)     Multimedia (Foto sessiyalar, Aktual reportaj, Tanimali Azərilər)      VƏ     YA     İFADƏ Search

https://www.turan.az
Subscribe to © Turan News Agency by Email
We are on the TWITTER
We are on the FACEBOOK
We are on the TELEGRAM
We are on the YOUTUBE
We are on the INSTAGRAM
Our email
Send link by Whatsapp
Send link by Viber
Send link by Telegram
Send link by LINE
Send link by Skype
Send link by Facebook messenger
Copy link
Apellyasiya Məhkəməsi Gülalıyevin işi üzrə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb

Apellyasiya Məhkəməsi Gülalıyevin işi üzrə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb

Cəmiyyət 
2022 Dekabr 06 ( Çərşənbə axşamı )  15:26:29

English Русский 

DinləDinlə

Bakı/06.12.22/Turan: Apellyasiya Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin işi üzrə prokurorluğun hərəkətlərindən verilən iddianın təmin edilməməsi barədə Nəsimi Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Azərbaycan prokurorluğu Gülalıyevin müayinə və müalicəsinə cəlb edilmiş həkimlərə qarşı cinayət işi açmaqdan dəfələrlə imtina etdikdən sonra Gülalıyevlər ailəsi iddia qaldırıb.

2021-ci ilin dekabrında prokurorluq birillik araşdırmadan sonra belə qənaətə gəlib ki, yol-nəqliyyat qəzasından sonra bir sutka ərzində Gülalıyevi müayinə və müalicə edən həkimlər günahsızdırlar. Fəalın ailəsi bu qərardan məhkəməyə şikayət edib. Aprelin 14-də Bakının Nəsimi Rayon Məhkəməsi şikayətə baxaraq prokurorluğun qərarını ləğv edib. Məhkəmə hesab edib ki, prokurorluq kifayət qədər araşdırma aparmayıb. Həkimlərin məsuliyyətinin yenidən araşdırılması üçün materiallar Nəsimi prokurorluğuna göndərilib. Lakin bu orqan dəfələrlə həkimlərə qarşı cinayət işi başlamaqdan imtina edib.

Prokurorluq həkimlərin hərəkətlərində “səhlənkarlıq” əlaməti aşkar etməyib. Prokurorluq Məhkəmə-Tibbi Ekspertizasının rəyinə istinad edərək hesab edib ki, “cərrahi əməliyyata qədərki müayinələr tam həcmdə”, “cərrahi əməliyyatisə  texniki-taktiki baxımdan düzgün, kliniki protokola uyğun aparılıb” və “intensiv reanimasiya tədbirləri xəstənin faktiki vəziyyətinə uyğun olub”.

Lakin fəalın ailəsi hesab edir ki, məhz Gülalıyevə vaxtında və keyfiyyətli tibbi yardım göstərməyən həkimlərin günahından o, komaya düşüb. 2019-cu il oktyabrın 29-da axşam avtomobillə vurulan hüquq müdafiəçisini 1 saylı Kliniki Tibb Mərkəzinə aparıblar, həmin vaxt huşu özündə olub və nitqi normal olub.

Fəalın xanımının sözlərinə görə, onu şəhər kliniki mərkəzinə apararkən müayinə göstərib ki, baş beyində qalınlığı 3 millimetrlik hematoma əmələ gəlib.

Səhərə yaxın hematoma 80 millimetrədək genişlənib. Oktyabrın 29-da axşam xəstə komaya düşüb, lakin bütün bu müddətdə həkimlər fəaliyyətsiz olublar. Bununla belə, məlumdur ki, həcmi 35 sm3-dən çox və qalınlığı 10 millimetrdən çox olan kəskin subdural hematoma və ya 5 millimetrdən çox orta strukturların qarışığı olduqda zərərçəkənin gümrahlıq səviyyəsindən asılı olmayaraq hematomanın cərrahi yolla götürülməsi tövsiyə olunur.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev məhkəmənin və prokurorluğun qərarı ilə razı deyil.

“30 oktyabr 2019-cu il. Tbilisidə tədbirdə idim, saat 09.30-da Oqtayın xanımı Füruzə mənə zəng elədi. O, həkimlərin həyat yoldaşını xilas etmək üçün heç bir iş görmədiyini deyərək kömək istədi. Mənim telefonla danışdığım yerdə Azərbaycan nümayəndə heyəti də vardı. Mən “yuxarı”ya zəng edə bildim və kömək istədim. Bir müddət sonra Səhiyyə Nazirliyi məlumat yaydı ki, Gülalıyevlə bağlı lazımi tədbirlər görülür. Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri Baku City Hospital-a gəldilər. Saat 12:30 radələrində əməliyyat başladı. Sonradan birinci vitse-prezident Mehriban Əliyevanın şəxsi göstərişi və Heydər Əliyev Fondunun dəstəyilə Oqtay Gülalıyev Türkiyəyə “Avrasya” klinikasına, sonra isə İstanbuldakı “Amerika” klinikasına aparıldı. O, dəfələrlə əməliyyat olunub. Türkiyəli həkimlər həyata keçirməyə borclu olduqları operativ tədbirləri görməyən azərbaycanlı həkimlərin hərəkətlərinə təəccübləniblər. Qeyd edək ki, təkcə Baku City Hospital-ın həkimləri günahkar deyil, həm də 1 saylı Kliniki Tibb Mərkəz də günahkardır. Çünki Gülalıyevi ilkin olaraq huşunu itirməmiş, nitqi və hərəkət funksiyaları yerindəykən oraya aparılıb.  

Gülalıyevi vuran sürücü Kənan Abdullayevin işi üzrə məhkəmədə həkimlər etiraf ediblər ki, Gülalıyev xəstəxanaya daxil olduqdan dərhal sonra baş üçün MRT çəkiblər. Saat 21.00-da təkrar MRT çəkilməliydi, amma etməyiblər. Bunu onunla izah ediblər ki, ailə Oqtayı Baku City Hospital-a aparıb. Amma Oqtayı 1 saylı Kliniki Tibb Mərkəzdən saat 23:00-a yaxın çıxarıblar. O, artıq koma vəziyyətində olub və belə vəziyyətdə Baku City Hospital-a qəbul ediblər və  30 oktyabr günorta saatlarına kimi heç bir tədbir görülməyib.  Məhkəmədə həkimlər onu da etiraf ediblər ki, Gülalıyevin müayinəsinin nəticələrini 30 oktyabr saat 12:00-da Baku City Hospital-a göndəriblər, o zaman artıq Respublika Neyrocərrahiyyə Xəstəxanasının cərrahları əməliyyata başlamışdılar.

İndiki halda mövcudluq hüququnun yalnız iki versiyası var: 1. Təcili Tibbi Yardım Xəstəxanası və Baku City Hospital personalının  səhlənkarlığı. 2. Qaçılmaz olaraq ölümlə nəticələnməli olan qəsdən fəaliyyətsizlik. Və bunun səbəbləri var. “Tərtər işi”ni ilk ifşa edən Oqtay Gülalıyev olub, faktiki olaarq onun üstünü açıb. O, hərbçilərin və hüquq-mühafizə orqanları əməkdaşlarının hədələrinə baxmayaraq, inadla işi araşdırmaqda davam edib. Gülalıyevin Repressiyalar və İşgəncələr Əleyhinə Komitədəki tərəfdaşları bildiriblər ki, “Tərtər işi”nin təşkilatçıları qismində keçən onu təhdid edirdilər”, – Mehman Əliyev deyib.

Oqtay Gülalıyev 8 noyabr 2020-ci ildə Bakıya qayıdıb. Minimal şüur vəziyyətindədir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi – TƏBİB-in köməyilə evdə müalicə olunur.

Contact.az