Bakıda 1 pors makaronu 2 min dollara satacaq restoran açılır

Yaxın vaxtlarda Azərbaycanda müştərilərə 2 min dollardan baha qiymətə yemək təklif edəcək restoran açıla bilər.
Özü də bu xörək modelyer Canni Versaçinin imzası olan qızıllı boş qabda təqdim ediləcək. Vesti.az saytının«This is money» portalına istinadən verdiyi məlumata görə, BiCE restoranlar şəbəkəsi yaxın vaxtlarda BAkıda da öz restoranını açmağı planlaşdırır. Burada orta statistik azərbaycanlanın cibinə uyğun olmayacaq bahalı yemək təqdim ediləcək. Omar və qara trüfellə birgə təqdim ediləcək makaronların bir porsiyasının qiyməti 2013 dollar olacaq. Restoranın qonaqları yemək yedikləri qızıllı boşqabları özləri ilə apara bilər.