Ukrayna səfirliklərinə ‘qanlı zərflər’ gəlir

Bağlamalar Ukraynanın Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliyadakı səfirliklərinə, Neapoldakı və Krakovdakı baş konsulluqlarına, habelə Brnodakı konsulluğuna gəlib

Son günlərdə Ukraynanın xaricdəki diplomatik nümayəndəliklərinə qana bulaşdırılmış zərflər daxil olur. Bu zərflərin içərisinə habelə öldürülmüş heyvanların gözlərini qoyurlar.

Xəbər verilir ki, zərflərə müəyyən rəngli və müəyyən qoxulu maddələr hopdurulub.

Bu barədə məlumatı Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Oleq Nikolenko dekabrın 2-də verib.

Onun sözlərinə görə bağlamalar Ukraynanın Macarıstan, Niderland, Polşa, Xorvatiya, İtaliyadakı səfirliklərinə, Neapoldakı və Krakovdakı baş konsulluqlarına, habelə Brnodakı (Çexiya) konsulluğuna gəlib.

Ukraynanın ABŞ-dakı səfirliyinə Ukrayna barədə tənqidi məqalənin surəti göndərilib.

Ukrayna diplomatı bunu da qeyd edib ki, Brno konsulluğuna göndərilən zərf Madrid səfirliyində partlamış zərflə oxşar əlamətlər və qoxuya malik olub.

Madriddə bu hadisə ilə bağlı mümkün təhlükəyə görə yaxınlıqdakı uşaq bağçası evakusasiya edilmişdi.

Həmin zərfdə heyvan mənşəli parçanın tapıldığı xəbər verilmidşi.

Ukraynanın xaricdəki diplomatik nümayəndələrinə zərflərin kütləvbi göndərilməsinə Madriddəki səfirliyə göndərilmiş bağlama partladıqdan sonra başlanıb.

Bu partlayış nəticəsində bir nəfər xəsarət almışdı.

Kim göndərir?

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba deyib ki, baş verənlər Ukraynanın səfirlik və konsulluqlarının qorxudulması məqsədilə yaxşı planlaşdırılmış kampaniyadır.

Kuleba bildirib ki, hazırda müxtəlif ölkələrdə bağlama və zərfləri göndərinin kimliyinin aşkar edilməsi üçün təhqiqat işləri aparılır.

İspaniyada son iki sutkada 6 bağlamanın göndərildiyi qeydə alınıb.

Madrid səfirliyində partalayan zərfdən başqa, hərbi texnika istehsal edən müəssisəyə, İspaniyanın müdafiə nazirinə, baş nazirinə və Torrehon-de-Ardesdəki hərbi hava bazasına bağlamalar göndərilib.

Azadlıq radiosu