Azərbaycan vətəndaşı qidaya ötən illə müqayisədə ayda 72 manat daha çox pul xərcləyir

Mərkəzi Bank bu ilin 3-cü rübünün sonuna pul-kredit siyasəti barədə icmalını yayımlayıb. İcmalda 9 ayın yekununda ölkənin makroiqtisadi durumu təhlil edilir. İlk diqqətçəkən məqam istehlak xərclərinin artması ilə bağlıdır. Bu il istehlak xərclərinin artım meyli davam edib. DSK-nın məlumatlarına görə, istehlak bazarında satılmış əmtəə və xidmətlərin dəyəri istər nominal, istərsə real olaraq ötən ilin eyni dövründəki səviyyəni üstələyib. İlk 9 ayda istehlakçılara toplam mal və xidmətlərin dəyəri 43 milyard manatdır. Başqa deyimlə, bir istehlakçı ortalama 475 manat xərcləyib. Bu, ötən ilin eyni dövrüylə müqayisədə 72 manat artım deməkdir.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarətlə bağlı xərcləri də çoxalıb. Artım özəlliklə qida xərclərində özünü göstərir. Hazırda ölkədə qida inflyasiyasının 22 faizə çatması insanların qida xərclərini çoxaltmaqla yanaşı, toplam xərclər arasında qida xərclərinin payını da artırıb. İstehlak səbətinə daxil olan məhsulların 89 faizində son bir il ərzində bahalaşma qeydə alınıb. Məhsulların cəmi 11 faizinin həmin müddətdə qiyməti ya dəyişməyib, ya da nisbətən ucuzlaşıb. Mərkəzi Bankın hesablamasına görə, bu ilin yanvar-sentyabr aylarında hər bir istehlakçı pərakəndə ticarət müəssisələrində orta hesabla ayda 393 manat xərcləyib. Bu, ötən illə müqayisədə aylıq 56 manat artım deməkdir. Eyni zamanda, ərzaq inflyasiyasının toplam inflyasiya formalaşdırmaqdakı payı da 53 faizdən 60 faizə yüksəlib.

Azadlıq radiosu