Rəşt şəhərində “Bəsic” qüvvələrinin bazası yandırılıb

Ötən gecə İranın şəhərlərində iğtişaşlar və etirazçılarla hüquq-mühafizə qüvvələri arasında toqquşmalar davam edib.

Rəşt şəhərində etirazçılar “Bəsic” qüvvələrinin yerli bölməsinin (İslam İnqilabı Keşikçiləri Korpusunun tərkibində yarıhərbi qüvvələr) mənzil-qərargahını yandırıblar.

Bundan əlavə, İranın Məşhəd şəhərində də ciddi toqquşmalar baş verib, İranın müxalifətyönlü teleqram- kanalları məlumat yayıb.

Azərbaycan əsilli fəallar açıq müraciətlər edərək vətəndaşları aktiv şəkildə etiraz etməyə, molla rejiminin getməsini tələb etməyə çağırırlar.

Contact.az