Daha bir qazi özünü yandırıb

Ağcabədi rayon sakini, 44 günlük Qarabağ-Vətən müharibəsi iştirakçısı Ələsgərov Cavid Yalçın oğlu özünü yandırıb.
Valideyninin dediyinə görə, müharibədə aldığı travmalardan və baxımsızlıqdan ailə problemi yaranmışdı, o üzdən özünü yandırıb.
Hazırda Nərimanov Tibb mərkəzinə, Yanıq Şöbəsinə gətirilib. Həkimlər 2-ci dərəcəli yanıq olduğunu bildiriblər.

Azadlıq.info