Cisco Systems rəhbəri Con Çembers təxminən 10 il sonra dünyanın hərtərəfli internet dövrünə keçəcəyinin deyib.
Çembers hesab edir ki, bu biznesdə innovasiyalar dalğası, həmçinin xidmət və mal tədarükçüləri ilə müştərilər arasında qarşlıqlı əlaqələrdə yeni prinsiplər yaradacaq. Onun sözlərinə görə, enerji sahəsində hərtərəfli internet daha geniş intellektual funksiyaların yayılmasına səbəb olacaq. Cisco rəhbəri əmindir ki, bütün bunlar işgüzar əməliyyatlara ciddi təsir göstərəcək.
Xatırladaq ki, bir müddət əvvəl ekspertlər internetdə Soyuq müharibənin başlayacağı ehtimalını irəli sürüb.