ABŞ səfiri AZAD sədrilə görüşdü

AZAD-ın sədri Elmar Şaxtaxtinski ABŞ-da Riçard Morninqstarla görüşüb. Görüşdə əsasən insan haqları və demokratiya məsələləri müzakirə olunub. Qeyd edək ki, Elmar Şaxtaxtinski ilə səfir arasındakı görüş sayca ikinci görüşdür.

“Riçard Morninqstarla yenidən görüşmək böyük zövq idi. Biz Azərbaycandakı mövcud vəziyyətlə bağıl problemlərdən danışdıq. Ölkədəki demokratik inkişafla bağlı fikir mübadiləsi apardıq. Səfirin fikirlərini dinlədim. AZAD-ın mövqeyi həmişə Azərbaycanda demokartiya və insan haqlarına dəstək olub”. Bu fikirləri AZAD-ın sədri Şaxtaxtinski “Azeri Report”-a bildirib.

Elmar Şaxtaxtinski 2013-ci ildə keçiriləcək prezident seçkiləri ilə bağlı bildirib ki, Azərbaycan növbəti dəfə demokratik seçkinin keçirilməsi ilə bağlı əsas standartları pozarsa ABŞ sərt şəkildə bu prinsiplərin qorunmasını tələb etməyə hazır olmalıdı.