Vaşinqton görüşü Putini “ofsayda” qoyur

Rusiya yenidən oyuna dönə biləcəkmi?

AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda növbəti görüşü gözlənilir. Bu dəfə də görüşə ABŞ-n dövlət katibi Blinken vasitəçilik edəcək.
Belə yüksək səviyyəli vasitəçilik ABŞ-n məsələyə verdiyi önəmi göstərmək üçündür. Bu da, o deməkdir ki, nəzərdə tutulan görüş sadəcə diplomatik təmasları saxlamaq üçün deyil, real həllə nail olmaq məqsədi daşıyır.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərininin bu tədbirdə iştirakı isə Putinin Soçi görüşündə qarşıya qoyduğu niyyətlərin baş tutmadığını, real məzmun daşıyan danışıqların Vaşinqton planı üzrə getdiyini göstərməkdədir. Bu isə Rusiyanın nəinki təşəbbüsü birtərəfli qaydada ələ ala bilmədiyini, heç paralel danışıqlar prosesini belə saxlamağı bacarmadığını nümayiş etdirməkdədir.
Bu ay həmçinin Brüsseldə Aİ Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan dövlət başçısılarının növbəti görüşü olacaq. Bu görüşdə isə bir qədər də irəli gedilib, sülh layihəsinin son variantının müzakirə olunacağı gözlənilir.
Bu isə Qərbin vasitəçiliyi ilə aparılan danışıqların real məticəyə yaxınlaşması demək olacaq. O, halda isə Putinin bundan sonra Əliyev və Paşinyanı çağırıb arada bir öz dəyirmi stolunun ətrafında oturtmağının da bir mənası qalmayacaq.
İnd Moskvanın edə biləcəyi iş bir yolunu tapıb Azərbaycan və Ermənistan sərhəddində yeni bir toqquşma törətmək və Qarabağdakı separatçı qrumun əli ilə gərginlik yaratmaq ola bilər. Ancaq bu təhlükəni nəzərə alaraq AB müşahidə missiyasının Ermənistan və Azərbaycan sərhəddində yerləşməsi, Rusiyanın əlindən bu imkanı da alır.
Qarabağa gəldikdə isə, burda nəsə bir hərbi gərginlik olarsa, bunun da məsuliyyəti sülhməramlı missiya yerinə yetirməli olan Rusiyanın üzərində qalacaq. O zaman, bu vəziyyət Rusiyanın bu ərazidə də sülhü təmin edə bilmədiyi nəticəsini ortaya qoyar. Bu da, Qərbə Rusiya “sülhməramlılarının” BMT mandatı olan sülh missiyası ilə əvəzlənməsi təklifini irəli sürmək imkanı verər. Ona görə də Moskva buna əsas verməmək üçün belə bir addıma çox güman ki, getməyəcək.
Beləcə indiki halda Putinimin Qərbin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasındakı danışıqları məyusluqla izləməkdən başqa bir seçənəyi qalmır.