Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Onur Baxşəliyev istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirib. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir.
Faktla bağlı Lənkəran hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə cinayət işi başlanıb.
Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.
Amma hadisənin nə zaman törədildiyi barədə məlumat verilmir.
Contact.az